Bu tarix xalqımız üçün qürur günüdür. Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Torpaqlarımız düşmən tapdağından azad edilib. Bu gözəl anlar üçün Ali Baş Komandana təşəkkür edirik. Ağdam rayonu hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edildi. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı onun ətrafında bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan qovdu.
Ağdam rayonunun böyük hissəsi 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Prezident İlham Əliyev bu münasibətlə demişdir ki, biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir.
Ağdamlılar həm birinci, həm də ikinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuş və çoxlu şəhidlər vermişlər. Bütün şəhidlərimizə Allah rəhmət etsin, Azərbaycan xalqı həmişə onların xatirəsini əziz tutacaq.
Azərbaycan erməni vandalizminin cəzalandırılması üçün bütün hüquqi imkanlardan istifadə edəcək. Ağdam bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. Bİz buna əminik. Prezident İlham Əjiyev demişdir: “İndi Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik”.
Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, iqtisadiyyatın yüksək inkişaf etdiyi rayonlardan birinə çevriləcək.
Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Ağdam rayonuna getmişlər. Onlar Ağdam məscidini ziyarət etmişlər. Prezident Məkkədən gətirdiyi ‘’Qurani-Kərim’’i Ağdam məscidinə bağışlamışdır. Biz təkcə torpaqlarımıza deyil, həm də dəyərlərimizə qayıdırıq.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalmışdır.
Azərbaycan Prezidenti beynəlxalq vəziyyəti düzgün təhlil edərək ölkənin güclənməsi yolunda ardıcıl addımlar atmış, lazım olan anda düşməni məğlub etmək üçün tədbirlər hazırlamışdır.
Dövlət başçısı İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür.
Ağdamın azad edilməsinə səbəb olan İkinci Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandanı, ordumuzu, xalqımızı Allah qorusun.
Azərbaycanda daim sulh, əmin-amanlıq olsun, təhlükəsizlik hökm sürsün.
Abdullayeva Mahirə.
Yevlax şəhər 5 saylı tam orta məktəbin müəlliməsi
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik