TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzi (STM) tibb müəssisələrində sağlam həyat tərzinin təbliği ilə bağlı maarifləndirmə tədbirlərinə start verib.
Növbəti belə tədbir STM-nin 3 və 4 nömrəli ailə sağlamlıq mərkəzlərinin təşkilatçılığı ilə Sumqayıt şəhər 27 və 17 nömrəli tam orta ümumtəhsil məktəblərində keçirilib.
Bu tədbirlərdə ailə həkimi, pediatrlar Sənan Bəşirov və Nərmin Əmirova şagirdlərə sağlam qidalanmanın vacibliyi və əhəmiyyəti barəsində məlumat verib.
Bildirilib ki, hazır qidalar və konservantların insan orqanizmi üçün ziyanı və təhlükəsi var. Həmçinin şagirdlərə qida rejiminin vacibliyi vurğulanıb və gün ərzində üç dəfə sağlam qidalanmaq tövsiyə edilib.
Meyvə-tərəvəz və süd məhsullarının insan orqanizmi üçün faydaları və tərkibində olan vitaminlərdən danışılıb. İnsan orqanizmində suyun əhəmiyyəti və faydaları, gün ərzində hansı miqdarda qəbul olunması diqqətə çatdırılıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik