AZƏRBAYCAN Respublikasının dövlət bayrağı ilk dəfə 1918-ci il Noyabrın 9-da AZƏRBAYCAN Xalq Cümhuriyyəti höküməti dövründə təsdiq olunub.
Lakin təəsüflər olsun ki, 1920-ci ildə AZƏRBAYCAN Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet ittifaqı qurulduqdan sonra AZƏRBAYCAN bu bayraqdan imtina etmək məcburiyyətində qalıdı.
Dövlət Bayrağımızın yuxarı hissəsi mavi rəng, orta zolağı qırmızı rəng və aşağı zolağı isə yaşıl rəngdədir. Təbii ki, bayrağımızdakı rənglərin hər birinin özünəməxsus mənaları var. Bayrağımızdakı mavi rəng-AZƏRBAYCANIN türk mənşəli ölkə olması türk millətini təmsil edir, qırmızı rəng ölkəmizin müasir cəmiyyətini və demokratiyanın inkişafını dəstəkləməsi anlamındadır və yaşıl rəng- ölkəmizin İslam dininə bağlılığını göstərir.
Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi AZƏRBAYCAN SSR Ali Soveti qarşısında üçrəngli bayrağın AZƏRBAYCANIN rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
1991-ci il fevral ayının 5-də AZƏRBAYCAN Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın AZƏRBAYCANIN dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar etmişdir.
AZƏRBAYCAN Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham HEYDƏR oğlu Əliyevin 17-Noyabr 2009-cu il sərəncamına əsasən hər il 9-Noyabr AZƏRBAYCANDA Dövlət Bayrağı günü kimi qeyd edilir və həmin gün qeyri iş günü hesab edilir.
Bayrağımız AZƏRBAYCAN Xalq Cümhuriyyətinin bizə qoyduğu miras 1990-cı ildə AZƏRBAYCAN Xalqının Ümumilli lideri HEYDƏR Əlirza oğlu Əliyevin Ali Sovetin iclasında kəskin şəkildə məsələ qaldırmasından sonra yenidən AZƏRBAYCAN Respublikasının Dövlət Bayrağı kimi təsdiq olundu.
Bir kərə yüksələn bayraq bir daha enməz!
Yaşasın Böyük AZƏRBAYCAN!
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik