Rusiyanın Xalq artisti İvan Krasko reanimasiyaya yerləşdirilib.
Sonxeber.az Unikal.org-a istinadən xəbər verir ki, 90 yaşlı aktyor insult keçirib. Qəflətən halı pisləşən Kraskonu əvvəlcə poliklinikaya aparsalar da, daha sonra xəstəxnaya yerləşdirməli olublar.
Kraskonun keçmiş həyat yoldaşı Natalya Vyal ona dəqiq diaqnoz qoyulmadığını açıqlayıb.
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik