Fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün indiyə qədər 19 ölkədən 72 beynəlxalq müşahidəçi müraciət edib və hamısı da müsbət qarşılanıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.
MSK sədri bildirib ki, ATƏT-in Demokratik Təsisat və İnsan Haqları bürosu (DTİHB) prezident seçkilərində 37 nəfərlə, MDB Parlament Assambleyası 17 nəfərlə, Türkiyə 5 nəfər, MDB 9 nəfər, Gürcüstan Mərkəzi Seçki Komissiyası sədrinin rəhbərliyi iləmüşahidə missiyası artıq məlumatlar göndərib. Bundan başqa, MSK-da 228 yerli müşahidəçi akkreditasiyadan keçib. Bunun 92-si öz təşəbbüsü ilə olanlar, 10-u QHT nümayəndələri, 126-sı isə xüsusi icazəli YAP müşahidəçiləridir.
Qeyd edək ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
Mahirə Abdullayeva
Bizi Seçdiyiniz üçün təşəkkür edirik