Xəbər verdiyimiz kimi, növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılıb.
Artıq seçki məntəqələrinin qarşısında ayrılmış xüsusi lövhələrdə namizədlərlə bağlı məlumatlar yerləşdirilir. Yanvarın 15-dən start götürən proses fevralın 6-sı saat 8:00-da dayandırılacaq.
“Qafqazinfo” bu məqamda prezidentliyə namizədlərin seçki şüarlarını təqdim edir:
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev – “Qalib xalqın qalib lideri!”;
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc – “Ən böyük sərvət insandır!”;
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev – “Sosial ədalət, sosial demokratiya”;
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa – “Dayağımız: yeniləşən, çalışqan insan! Hədəfimiz: rifat dövləti Azərbaycan!”;
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev -“Hər şey qalib xalqımız üçün! Biz yeniliyi seçdik!”;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev – “Ədalət, hüquq, demokratiya”;
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev – “Varlı vətəndaş, varlı ölkə!”
Sosial Platformamızı bəyənin