Azərbaycanın quşçuluq sektorunda bir ilk baş verib.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından Marja.az-a verilən məlumata görə, ilk dəfə olaraq ölkəmizdən xaricə damazlıq yumurta ixracı reallaşıb.
“Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyanın üzvü olan “Giləzi Quşçuluq” ASC tərəfindən Küveytə həyata keçirilən ixrac Azərbaycan quşçuları üçün çox mühüm hadisədir”,- məlumatda bildirilir.
Qeyd edilib ki, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında Azərbaycanda quşçuluq təsərrüfatlarına göstərilən dövlət dəstəyinin real nəticəsi olaraq son 3 ildə Azərbaycandan xaricə süfrə yumurtasının ixracı həyata keçirilir. İndi isə damazlıq yumurtanın ixracına başlanılır.
Vurğulanıb ki, bu hadisə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının genişləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. İnanırıq ki, tezliklə ölkəmizin digər quşçuluq məhsullarının da ixracatçısına çevrilməsi mümkün olacaq. Bu barədə Marja.az saytı məlumat yayıb.
Sosial Platformamızı bəyənin