Prezident gələn ay imzalayacaq, pensiya kapitalınız bu qədər artacaq“Əmək Pensiyaları” haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşlarımızın pensiya kapitalı da 2024-cü ildə indeksləşdirilərək artırılmalıdır. Həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Yəni pensiya kapitalları 2023-cü ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov məsələ ilə bağlı deyib ki, istehlak qiymətləri indeksi 2023-ci ildə 8,8 faiz olub:
“Bu o deməkdir, mövcud qanuna əsasən, vətəndaşların pensiya kapitalı 8.8 faiz artırılacaq. Yəni əgər vətəndaşımızın 50 min manat pensiya kapitalı varsa, onun vəsaiti bu il 4 min 400 manat artırılacaq. Bu həmin şəxsin pensiyaya çıxan zaman daha çox pensiya alması və kapitalın inflyasiyadan qorunması baxımdan vacibdir.
Pensiya kapitalı əmək pensiyaları ilə birlikdə indeksləşdirilir. Əmək pensiyalarının 11 faizə yaxın indeksasiya olunacağı gözlənilir. Hər iki göstərici ilə bağlı sərəncamın cənab Prezident tərəfindən gələn ay imzalanacağı gözlənilir”.
Mahirə Abdullayeva.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik