Qaynaqlarda Qafqaz Albaniyasında yaşayan xalq və tayfalar sırasında utilər, qarqarlar və amazonkalar, sovdelər, kaspilər, maqlar, sisaklar, mardlarvə amardlar, ariaklar və anariaklar, qellər və leqlərin adları çəkilir. Bu tayfaların ən qədimləri Qafqaz və türk dillərində danışan avtoxton etnoslar olublar. Tarixçilər bildirir ki, eramızın ilk əsrlərindən başlayaraq SASANİ şahlarının göstərişi ilə Albaniyaya bir sıra irandilli tayfalar köçürülüb, III-IV əsrlərdən başlayaraq isə şimaldan, Dərbənd keçidindən yeni türk tayfalarının, o cümlədən hunların, subarların, xəzərlərin, barsillərin və s. Qafqaz Albaniyasına axını başlayıb. Xüsusən də subar tayfaları Albaniyanın qədim paytaxtı Qəbələ ətrafında məskunlaşmışdılar. Buna görə də erkən orta əsr mənbələri Qəbələni bəzən QƏBƏLƏ-SUBAR adlandırırlar.
TARİXİ mənbələrə əsasən qədim Albaniya etnik tərkibinə görə kifayət qədər rəngarəng ölkə idi. Ancaq albanlar bu massivdə daha iri tayfa idi. Buna görə də bütün ölkə Albaniya adlanmağa başlanmışdı. Lakin bu da tamamilə mümkündür ki, bu tayfanın özü adını ölkənin adından alıb. Mütəxəssislər qeyd edirlər ki, “ALBAN” adını türkdilli tayfalarla bağlamaq daha uyğun variantdır. Çünki hal-hazırda Orta Asiyada konkret olaraq Qazaxıstanda alban adlı türkdilli qəbilə yaşayır. Bundan başqa çuvaşların öz yaranışları haqqında dastanda bildirilir ki, onların ulu əcdadları Qafqaz dağlarının o tərəfindən gəlmiş alpanlar olub. Son dövrlərdə aparılan sanballı elmi tədqiqatlar nəticəsində Qafqaz albanlarının türk mənşəli və TÜRKDİLLİ tayfa olması birmənalı şəkildə sübut edilib.
QAFQAZ Albaniyasının əski Qafqazdilli sakinlərindən çilb (avar), çiqb (saxur), gel (ingiloy) və saxurlar haqında albanşünas B.Şahverdiyevin qənaətləri maraqlıdır: “Strabonun yazdığına görə, Qafqaz ALBANİYASINDA 26 soy və xalq yaşamaqda idi ki, bunlardan albanlar, massagetlər, qarqarlar, saklar, kəngərlər, çullar, beçeneqlər (oğuzlar), kumanlar, kerqillər, suvarlar, bulqarlar, hunlar, xəzərlər, dondarlar, labanlar (lpinlər), qaytaqlar və s. türk soy və boyları idilər və ölkə əhalisinin BÖYÜK əksəriyyətini təşkil edirdilər. Eyni zamanda dağlıq bölgələrdə, əski Andiya və Mazamua ərazisində udinlər, ciqblər, silvlər (çilblər), herlər, qatlar (xınalıqlılar və buduqlar), leqlər (ləzgilər və laklar), boxlar (ubıxlar), gellər və digər qafqazdilli tayfalar da yaşayırdılar. Bu xalqlar azsaylı idilər. Onların nəsilləri bu gün də DAĞISTANDA və Azərbaycanın şimaldakı dağlıq ərazilərində yaşamaqdadırlar. Bunlardan çoxsaylısı avarlardır ki, onların bir qismi Dağıstanda, bir qismi isə Azərbaycanda, əsasən Balakən və Zaqatala rayonlarında məskundurlar. Hazırda Dağıstanın ən çoxsaylı xalqı hesab olunurlar. Dilləri İber-Qafqaz dillərinin Nax-Dağıstan qrupuna daxildir. ANTROPOLOJİ cəhətdən subavropoid irqinin kafkasion tipinə aiddirlər. Ümumi saylarının 500-600 min civarında olduğu bildirilir. “Avar” adı onlara kənardan verilmiş addır. Özlərini “tsolb” adlandırırlar. Tarixi mənbələr də onları məhz bu adla, daha doğrusu, bir qədər təhrif edilmiş “çilb” və ya “silv” şəklində, qədim Albaniyanın xalqlarından biri kimi qeydə alıb. KƏNARDAN verilən “avar” adına görə onları çox zaman VI-VIII əsrlərdə mövcud olan və Şərqi Avropanın böyük bir hissəsini hakimiyyəti altına alan Böyük Türk-Avar Xaqanlığını quran avar TÜRKLƏRİ ilə qarışdırırlar. Tsolb-avarların türk avarlarla etnik və dil qohumluğu yoxdur.
GÖRÜNÜR, tsolblar (çilblər, silvlər) bir zamanlar Avropanın bir çox xalqları kimi Avar Xaqanlığının təbəələri olub və ya da əsgər kimi türk-avar ordusunda xidmət edib, bu üzdən “avar” adı yanlış olaraq onlara da şamil edilib. AVARLARIN bir-birini anlamayacaq dərəcədə iki fərqli dialektdə danışdıqları qəbul edilsə də, əslində bunlar qohum dillər olmasına baxmayaraq, fərqli iki dildir. Məsələ isə ondadır ki, XX əsrin 30-cu illərində Stalinin birbaşa göstərişi ilə “andiyalı” və ya “andok” kimi TANINAN tamam başqa bir Dağıstan xalqının etnik kimliyi inkar edilməyə və həmin dövrdən etibarən bu xalq avar kimi qələmə verilməyə başlanıb. Sözügedən xalqın adı Dağıstanda axan iki Göysu adlı çaydan birinin adında əbədiləşib – Andiyskoye Koysu. Maraqlıdır ki, bu çaylardan biri andiyalıların (andokların) adı ilə qoşa çəkilsə də, ikinci eyniadlı hidronimdə AVARLARIN adı əbədiləşib – Avarskoye Koysu.
AZƏRBAYCANDA məskunlaşan avarlarla qonşuluqda digər azsaylı qafqazdilli xalqlar da yaşayırlar ki, bunlardan saxurların və ingiloyların adını xüsusi çəkmək lazımdır. Saxurlar Azərbaycanın Qax, Zaqatala və BALAKƏN rayonlarında, eləcə də Dağıstanın Şəki-Zaqatala bölgəsiylə həmsərhəd olan Rutul rayonunda yaşayırlar. İber-Qafqaz dillərinin DAĞISTAN qolunun cənub-şərq qrupuna aid olan saxur dilində, eləcə də Azərbaycan türkcəsində danışırlar. “Saxur” adı bu xalqın əsl adı deyil və yaşadıqları ən böyük kəndin adından qaynaqlanır. Sayları 30 mindən bir qədər çox olan saxurlar özlərinə “yixv” deyirlər ki, tarixi mənbələr onları məhz bu adla, daha dəqiq desək, həmin adın bir qədər təhrif edilmiş FORMASI olan “çiqb” kimi Qafqaz Albaniyasının sakinlərindən biri kimi qeydə alıb. İngiloylara gəlincə, əsasən Azərbaycanın Qax və Zaqatala rayonları ərazisində yaşayan gürcülərin subetnik qrupu hesab edilən bu xalqın nümayəndələri I Şah Abbasın dövründə müsəlmanlığı qəbul ediblər. Tarixi mənbələr onlardan “gel” (qel) adı altında, Qafqaz ALBANİYASININ sakinlərindən biri kimi söz açır.
QAFQAZ Albaniyasının qafqazdilli xalqlarından danışarkən, udinlərin üzərində xüsusi durmağa böyük ehtiyac var. Şərqi Qafqazda qədim xalqlardan biri olan və özlərini “udi” adlandıran udinlər Oğuz şəhərində, eləcə də Qəbələ rayonunun Nic qəsəbəsində yaşayırlar. Onlara RUSİYA, Gürcüstan (Oktomberi kəndi), Qazaxıstan, Ukrayna və başqa olkələrdə də rast gəlmək mümkündür. Udinlər udin dilində danışırlar, dinləri xristianlıqdır. Alban dilinin guya udin dili olduğu barədə fikir elmdə çox YAYILIB. Ancaq tarixi mənbələrin heç biri bunu təsdiqləmir. Əksinə, həm erməni, həm də alman qaynaqları birmənalı şəkildə bildirirlər ki, alban əlifbası məhz qarqar dili əsasında yaradılmışdı və bu dil əsrlər boyu Albaniyanın ədəbiyyat və DÖVLƏT dili funksiyasını ifadə edib.
FOLKLOR hər bir xalqın yüksək mənəvi-əxlaqi dəyərlərini, etik və estetik düşüncəsini özündə əks etdirən onun mənəvi sərvətidir. Hər bir xalqın tarixi, adət-ənənəsi, ictimai-siyasi düşüncəsi, əxlaqi keyfiyyətləri, qəhrəmanlığı və vətənpərvərliyi bütöv və özünəməxsus şəkildə onun folklorunda cəmlənib. Bu baxımdan AZƏRBAYCANDA yaşayan Qafqaz Albaniyasınin azsaylı xalqlarınin foklor nümunələri maraq doğurur.
AZƏRBAYCAN folklor nümunələri ilə bir sıra ortaq cəhətlərlə yanaşı, Qafqaz Albaniyasının az saylı xalqların folklorunun özünəməxsus cəhətləri az deyil. Bu cəhətlər daha çox xalqın İRADƏSİNİ əks etdirən xalq dastalarında, toy, dəfn kimi mərasimlərdə, mərasim və mövsüm nəğmələrində, milli adət-ənənələrdə özünü göstərir.
BELƏKİ, Azərbaycan ərazisindəki Qafqaz Albaniyasi dövlətində yaşayan Qədim Albaniyanın 26 sayda olan xristian etnik tayfalari xristian qıpçaq alban türklərdir. Gəlmə və köçürülən etnik tayfalardan başqa.
Sevda Amanova
Bizi Seçdiyiniz üçün təşəkkür edirik