QADIN KİMDİR?
QADIN – XVlll əsrə kimi, cadugər damğası vurularaq yandırılan, bazarlarda qul kimi satılan, əri öldükdə diri diri ərinin yanında torpağa gömrülən, kişinin cariyə, siğə kimi istifadə etdiyi xüsusi əmlakidir.
QADIN – Qədim Türk tarixində, türk mədəniy yətində xaganın yeganə xanımı.Qadınla kişi dünyanın iki fərqli və bir-birini cəzb edən cəhəti kimidir.“Kitabi- Dədə Qorqud” dastanında qadın kişinin “başının baxtı, evinin taxtı” kimi xarakterizə edilir. Qadın Tomris Xatun, Sara XATUNDAN bu günümüzə kimi keçdiyimiz qəhrəmanliq, siyasi, ictimai yol, sosial həyat tərzimiz, milli və mənəvi dəyərlərimiz, mədəniyyətimiz və tarixi səlnaməmizdir.
Bu torpaqlar var olduğu gündən etibarən QADIN HÖKMDAR, QADIN DİPLOMAT, QADIN CƏNGAVƏR də olub. Qadın Azərbaycanda tarixən əzilməyib, o vaxta qədər ki, yad mədəniyyətlər, yad əllər torpaqlarımıza ayaq açana kimi.
QADIN – ANADIR!
ŞAİRLƏR bütün dövrlərdə ən gözəl şeirlərini qadınlara yazmışdır, bəstəkarın ən mükəmməl əsəri qadın haqqındadır, heykəltaraş ana heykəlini sevərək, oxşayaraq yonur, müəllim birinci sinfə ayaq basan uşağa ilk olaraq məhəbbətlə “A” hərfini öyrədir və “ANA” sözü yazdırır.
TANRI qadına ən uca məqam-ANA olmaq şərəfi bəxş etmişdir, ANA isə müqəddəsdir. Ən kədərli anımızın, ən şad günümüzün canlı heykəli anadır, qadındır, dünyanın ən uca zirvəsi, könüllərin şahı yenə qadındır… Onun önündə əyilən baş Tanrının qarşısanda ucalar. QaYdın –VƏTƏN, torpaq, sülh, qadın azadlıq, əmin-amanlıq, qadın sevgi, məhəbbət deməkdir. Anasını sevən övlad vətənini də sevəcək, qoruyacaq, torpağının da qədrini biləcək. Son anda da düşmənə arxa çevirməyəcək, biləcək ki, arxasında dayandığı vətənidir, anasıdır, bacısı ya sevgilisidir. Anaya xitabən: “Cahanda yox elə bir qüvvə ki, baş əyim ona mən…”- söyləyirdi C. Cabbarlı…
QADIN VƏTƏNDİR.
YAŞADIĞIMIZ coğrafiyanı bizə vətən edən, yurd edən qadındır, anadır. Onu qorumaq üçün qoruyuruq əslində vətəni. Vətən bizim üçün ana deməkdir, necə ki, ANA VƏTƏN, ANA TORPAQ deyirik. Qadın yurddur, evdir, eşikdir, torpaqdır. NEÇƏ ki, torpağa atdığın dən cücərir, boy atır, məhsul verir, eləcə də ananın bətnində böyütdüyü, dünyaya gətirdiyi fidanlar böyüyür yurda oğul, qız olur. Qadınsız insan yurdsuz insandır, qadınsız kişi vətənsiz kişidir. Qadın vətəndir, vətən isə müqəddəs.
QADIN SÜLHDÜR!
DÜNYANIN heç bir yerində, heç bir qadın müharibə arzulamır. Müharibə qandır, ölümdür, bala, ər, ata, qardaş itkisidir və qadın öz ölümünə razı olar, amma onlardan birini itirməyə yox. Qadınlar sülh istəyir, həm dünyada, həm də oz ölkəsində.
QADIN mərhəməti bu dünyanın ehtiyacı olan ən böyük duyğudur.
QADIN CƏNNƏTDİR!
OLDUĞU yeri cənnətə çevirən, xarabalığı yurd edən, yuvaya çevirəndir qadın. Ayağının dəydiyi yer gözəlləşir, əlini vurduğu hər şey yenilənir. İnsan övladının bu dünyada cənnətidir qadın. Qoxusu, nəfəsi, addımı, toxunuşu-hər şeyi cənnəti xatırladır. Cənnət onları ayağının altı, müqəddəs yer əllərinin toxunduğu yerdir.
QADIN SEVGİDİR!
BƏŞƏRİYYƏT onun bətnindən törəyib, sevgi onun içindən daşıb cahana. Qadın təmən nasız sevir, qarşılıqsız sevir. Qadının sevgisi dibsiz quyudur, bitməyəndir, tükənməzdir.
QADIN GÖZƏLLİKDİR!
QADINLARSİZ bir dünya təsəvvür edin. Elə ilk saniyədə insanın ruhu sıxılır, nəinki cismi. Qadınlar dünyanın bəzəyidir, estetikasıdır.
GÖZƏL bir qadın lütfdür, şansdır, bəxşişdir. Əgər bir gün dünya pislikdən, zülmdən xilas olacaqsa onu qadın gözəlliyi, estetikası və məhəbbəti xilas edəcək.
GÜLDÜRSƏN, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir…
QADIN sevildikcə gözəlləşir, gəncləşir, dünya qadının qolları üstündə rahat uyuya bilir, sular nəğmə oxuya, küləklər güləşə bilir. GÜNƏŞ hər gün qadın qəlbindən doğur, AY gecələr qadın baxışlarıdır göydə, dolanıb baxır YER kürəsinə, sabaha salamat çıxması üçün TANRIYA dualar edir.
QADIN İNQİLABDIR!
“Bir qadın gücdür, çox qadın isə inqilabdır” deyiblər. Bunu onlar tarixin bir çox dövrlərində sübut ediblər.
8 Martın qəbul edilməsi sosialist qadınların dirənişinin, etirazının, qərarlılığının nəticəsində olmadımı? Qadın istəyərsə böyük gücə malikdir, bu tarix bəşəriyyətə bunu sübut etdi.
QADIN SİRDAŞDIR!
ƏN yaxşı dinləyici və ən yaxşı sirdaşdır qadın. Ailə o zaman bütöv olur ki, bütün sirlər açıqda olur, kişi qadını sirdaş görür özünə.
QADIN BUMERANQDIR!
QADININ qəlbini sevgi ilə doldurduqda o nə maddi şeyləri görür, nə də çiyinində olan yükləri. Onun tək istəyi qarşı tərəfdən gördüyü dəyər, qayğı və diqqətdir.
QADIN-bəzən ruha can verən əbədi VARLIQ, bəzən isə ruhu candan alan bir ƏZRAYILdır!
QADIN – İNSANDIR!
İNSAN olaraq kişi ilə bərabər hüquqlara layiqdir, insan olaraq seçmək və seçilmək hüquqları var, insan olaraq cəmiyyətdə mövqeyi var. Qadın vətəndaşdır, qadın anadır, övladdır, həyat yoldaşıdır, bacıdır, gərəkirsə əsgərdir!
QADIN
Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkən
Yaxar düşüncəmi bir şölə, bir zəhərli dikən.
Bütün həyatı çiçəkləndirən fəqət o… niçin,
Niçin əzilsin o, bilməm niçin sürüklənsin?!
Qadın-günəş, çocuq-ay…nuru ay günəşdən alır,
Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır.
Qadın əlilə fəqət bəxtiyar olur şu cihan.
O bir mələk… onu təqdis edər böyük yaradan.
O pək sevimli, gözəl, incə, nazlı bir xilqət,
Onun ayaqları altındadır fəqət cənnət:
Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.
Hüseyn Cavid.
Bayramınız Mübarək əziz xanımlar !
Bizi Seçdiyiniz üçün təşəkkür edirik