ORUC” sözü “namaz” sözü kimi fars dilindən alınmış روجك rôcik sözünün Türk dilində söylənişidir. Quranda صوم savm və صيام sıyam olaraq göstərilib.
ORUC, müəyyən müddət ərzində yemək və ya su içməkdən könüllü olaraq imtina etməkdir. Oruc tam və ya qismən ola bilər, müəyyən fasilələrlə təkrarlanır və müəyyən müddətə qədər davam edə bilər. Oruc min illər boyu dünyanın əsas dinlərinin mühüm elementi olaraq qalır. Möminlər üçün oruc tutmaq həm ritualdır, həm də xüsusi ruh halı tapmaq üçün bir fürsətdir.
BƏS, ORUC TUTMAQ DAHA HANSI DİNLƏRDƏ VACİB SAYILIR?
Orucluq bütün dinlərdə var və bütün səmavi kitablarda bundan söhbət açılır. Orucun dinə necə daxil olması dəqiq məlum deyil. Mövcud sübutlara görə, oruc tutmaq aşağıdakıların dini əməllərinin bir hissəsi idi:
– Qədim misirlilər
– Babillilər
– Qədim yunanlar
– Qədim romalılar
– Vedizm və Hinduizmin davamçıları.
TARİXÇİLƏR dini orucun bir fenomen kimi təxminən eramızdan əvvəl II minilliyin ortalarında yarandığı qənaətindədirlər. Məqsədi bu idi:
– Asketizm (özünü məhdudlaşdırma) vasitəsilə Allaha və ya tanrılara yaxınlaşmaq;
– Heyvanlara və bitkilərə dəyən zərərin azaldılması.
XRİSTİANLIQDA ORUC.
XRİSTİANLIQDA oruc kilsənin üçüncü əmridir.Quranın bildirdiyinə görə oruc xristiyanlara da vacib buyurulmuşdur. Xristiyanlıqda oruc və pəhriz etmək eyni anlamdadır. Orucun məqsədi günahların cəzasını bu dünyadan başlayaraq çəkməkdir. Incil oruca böyük önəm verir. Ancaq oruc
un vaxtları, onların qanunları xristiyan məzhəblərində fərqlidir. Xristiyanlıqda oruc tutmaq 21 yaşından başlayır. Onlar 60 yaşa qədər oruc tuturlar. Roma qəraralarına əsasən 1966-cı ildə oruc yazılı olaraq təsbit edilmişdir. Bir xristiyan pəhriz üçün oruc tutursa ən azı 14 yaşında olmalıdır. Xristiyanlıqda iki növ oruc vardır. Bunlar (Okaristik) şükr orucu və (Ekleziyastik) kilsə orucundan ibarətdir. Bu iki növ orucu katoliklər tuturlar, amma protestantlar tutmurlar. Xristiyanlıq insanları çərşənbə, cümə və şənbə günləri, bəziləri isə ərəfə günündə oruc tumağa təşviq edir. Xristiyan etiqadına görə hz. İsa (ə) çərşənbə günü ələ verilmiş, cümə günü çarmıxa çəkilmiş və şənbə günü dəfn edilmişdir. Xristiyanlıqda hz. İsa (ə) öldükdən sonra dirilmiş və göyə çəkilmişdir. Bu inanca görə Paska günü oruc tutmaq önəmlidir. Paska günündən qabaq iki gün oruc tutmaq xristiyan dindarlar arasında məşhurdur.
MUSƏVİLİKDƏ ORUC (YOM KİPPUR).
TÖVRATDA bəzi günlər oruc tutmaq əmr edilmişdir. Yəhudilikdə oruc nəfsi tərbiyə üçün, bəzən əzab çəkmək üçün, bəzən də Allaha yaxınlaşmaq üçün tutulur. Tövrata görə hz. Musa (ə) Tur dağında 40 gün 40 gecə qalaraq bu günləri oruc tutmuşdur. Ərəbistanın müxtəlif bölgələrində yaşayan yəhudi ərəblər oruc tutarkən gecələr də bir şey yeməzmişlər. Hətta bəzi müsəlmanlar oruc haqqında hökmlər tamamlanana qədər yəhudilər kimi oruc tuturmuşlar. Babil dönəmində matəm və əza simvolu olaraq oruc tutulurmuş. Yəhudilər Allahdan onlara bəla nazil olmasına inandıqları dövrlərdə çoxlu oruc tutardılar. Yəhudilikdə uşaqlar oruc tutmağa 12 yaşlarına bir ay qalmış oruc tutarlar. Yəhudilikdə tutulması lazım olan yeganə oruc “Yom Kippur” adlı kəffarə orucudur. Kippur peşmanlıq mənasındadır. Yəhudilər bu gündə günahlarından peşiman olurlar və güman edirlər ki, Allah onları əfv edir. Yom Kippur ibranicə “tövbə günü” anlamındadır. Yəhudilərin ən böyük ibadət günlərindən olan Kippur böyük oruc günü olaraq qəbul edilir. Yom Kippur deyilən gün 19 nisanda başlayır. Bir həftə sürən Pesah bayramı orucu isə xəmirsiz bayramından sonra gələn bazar ertəsi və çərşənbə axşamı günləri tutulur. Yəhudilikdə Yom Kippurda oruc tutmaq şərtdir. Imsak öncəsi axşam günəş batarkən başlayır. O gecə və ertəsi gün iki ulduz görünənə qədər yemək yemək qadağandır. Bu vaxt 25 saatı əhatə edir. Yom Kippur orucu hz. Musa (ə) Allahdan əmrləri almaq üçün Tur dağına gedəndə yəhudilər qızıldan düzəlmiş buzova ibadət etdiklərinə görə cəza olaraq tutulan oruc hesab olunur. Yəhudilər Babil dönəmindən sonra Qüdsün xarab edilməsi və digər fəlakətlərin baş verməsi səbəbilə daha 4 oruc ortaya çıxarıblar. Bəzi Təlmud yorumçuları tərəfindən bu 4 orucun başqa dövlətlərin himayəsi altında olan yəhudilər tərəfindən tutulmasını lazım bilmişlər, əks halda lazım olmadığını bildirmişlər. Yəhudilərdə oruc əsasən şəfəqin sökülməsindən iki ulduzun görünməsinə qədər sürür. Ancaq Yom Kippur kimi bəzi oruclar bir axşamdan ertəsi axşama qədər davam edir.
DİGƏR DİNLƏRDƏ ORUC.
NİRVANANİN yolu orucdan keçir. Insanlıq tarixində hardasa dinlərin hamısında oruc tutmaq yer alır. Səmavi dinlərin xaricində olan dinlərdə də orucun önəmli yeri vardır. Buddizmin qurucusu Budda “qurtuluşa” yəni Nirvanaya yetişməyin yolunun arzulardan vaz keçməkdən keçdiyini vurğulayır. Bunun praktiki yolu isə oruc tutmaqdır. Bəzi dinlərdə orucun yeri:
HİNDUİZMDƏ ORUC.
HİND dinlərindən Hinduizmdə oruc nəfsi tərbiyə etmək üçün ilin müəyyən aylarında və günlərində tutulur. Ibadət məqsədilə duaların oxunduğu günlərdə oruc tutlması lazımdır. Hinduizmdə oruc əsasən bəzi yeməklərdən pəhriz etməklə tutulur.
TAOİZMDƏ ORUC.
ŞƏRQ mədəniyyətlərinin dinlərindən Taoizmdə oruc daha geniş mənada ələ gəlmişdir. Burada oruc sağlamlığı qorumaq və yaşlanmağın qarşısını almaq üçün tutulur. Çinlilər xüsusilə bayram günləri ilə pisliklərin artdığı günlərdə özlərini qorumaq üçün oruc tuturlar.
CAYNİZMDƏ ORUC .
HİND dinlərindən Caynizmdə orucun qaydaları daha sərtdir. Caynistlər 40 gün oruc tuturlar. Bu dinin qurucusu Mahaviranın (Mi-laddan sonra 599-527) özünə əziyyət edərək dində yüksək mərtəbəyə çatmaq üçün çalışdığı, ət və yumurta yemədiyi, hətta ölənə qədər oruc tutduğu məlumdur.
BRAHMANİZMDƏ ORUC.
CƏNUBİ Asiya Hind dinlərində Brahmanizmdə hər ayın 12 və 13-cü günlərində oruc tutmaq gərəkdir. Brahmanizmdə yaşlılar, xəstələr və uşaqlar oruc tutmaqdan istisna deyillər. Bəziləri insani istəkləri boğmaq üçün 15 gün oruc tuturlar. Bu günlərdə bir qurtum sudan başqa hər şey orucu batil edir.
JAİNİZMDƏ ORUC.
HİND dinlərindən Jainizmdə orucun qaydaları daha sərtdir. Jainistlər kəskin olaraq 40 gün oruc tuturlar. Bu dinin qurucusu Mahaviranın (M.Ö 599-527) özünə işkəncə edərək dində yüksək dərəcəyə yetişməyə çalışdığı, ət və yumurta yemədiyi, hətta ölənə qədər oruc tutduğu söylənilir.
BUDDİZMDƏ ORUC.
CƏNUB Şərq Asiya dinlərindən Buddizm oruca ən çox önəm verən dinlərdəndir. Buddizmin qurucusu Buddaya görə nə dünyaya bağlanmaq, nə də dünyadan vaz keçmək gərəkdir. Bu məqsədə çatmaq üçün qoyduğu qaydalardan birincisi isə hər iki aydan bir oruc tutmaq və bu zaman içində cəmiyyət arasında bütün günahları etiraf etməkdir. Buddaya görə sonsuz qurtuluşa, yəni Nirvanaya əngəl olan yeganə şey arzulardır. Qurtuluş yalnız arzuları tərk etməklə qazanılır və arzulardan qurtulmağın birinci yolu isə oruc tutmaqdır.
MANİHEİZMDƏ ORUC.
MANİLİKDƏ oruc işığı göndərən günəşə və aya dua etmək məqsədilə tutulur. Babil və Asurluların da oruca böyük önəm verdiyi bildirilir. Qədim Misirdə isə oruc əsasən dini bayramlarda tutulur.
AVROPA YERLİ DİNLƏRİ.
KELTLERİN oruc tutduğu, qədim Roma və Yunanlıların da orucu fəlakətlərdən qurtulmaq üçün bir yol olaraq qəbul etdikləri bildirilir.
TİBBİDƏ ORUC TUTMAQ.
ORUC tibbdə ən azı eramızdan əvvəl V əsrdən məlumdur. Hindistandakı Budda kimi, qədim yunan həkimi Hippokrat da müəyyən xəstəlikləri olan xəstələrə yeməkdən çəkinməyi tövsiyə edirdi. Məlumdur ki, onlar başqa şeylərlə yanaşı, yeməkdən çəkinərək infeksiya və allergiyaya qarşı mübarizə aparırdılar. Qədim Yunanıstanda Asklepius (tibb tanrısı) kultunun davamçıları oruc tutmağı həm müalicə vasitəsi, həm də tanrıların yuxu və görüntülər vasitəsilə onlara öz təlim və biliklərini açdıqları bir proses kimi tətbiq edirdilər.
TƏBİİ ki, hər kəs öz dini və ya mənəvi inancına, eləcə də sağlamlıq vəziyyətinə görə oruc tutub-tutmamağa özü qərar verir.
Sevda Amanova
Bizi Seçdiyiniz üçün təşəkkür edirik