Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinin hansı xəritələr əsasında baş tutacağı uzun müddətdir müzakirə olunan məsələlər içərisindədir. Tərəflər öz növbəsində müəyyən xəritələr irəli sürsələr də tam razılıq əldə edilməyib.
Hazırda başlayan bu proses 1991-ci il Almatı Bəyannaməsinə əsasən reallaşır. Lakin hər iki ölkə rəhbəri sərhədlərin müəyyənləşməsinin yalnız bir xəritəyə əsaslanmayacağını bildirir.
Azərbaycan üçün ən uyğun variant hansıdır?
Globalinfo.az-a danışan beynəlxalq məsələlər üzrə analitik Teymur Qasımlı deyib ki, 2020-ci il üçtərəfli bəyanatdan sonra sərhədlərin delimitasiya və demarkasiya məsələsi artıq 4 ildir ki, gündəmdədir:
Politoloqun sözlərinə görə, sərhədlərin tam delimitasiya və demarkasiya prosesi uzun vaxt tələb edir:
“Xəritələr Ermənistanın ortaya atdığı diplomatik oyuna çevrilib. Azərbaycan da həm diplomatik, həm də düzgün gedişlə, İrəvanın oyununa qarşı AXC dövründəki ərazilər əsasında prosesin baş verməsinin tərəfdarıdır”.
Safura Bənnayeva
Globalinfo.az