Gürcüstan hökuməti rusiyapərəst deyil.
Publika.az xəbər verir ki, bunu Çexiyanın ədliyyə naziri Pavel Blazek Praqada keçirilən Çexiya-Gürcüstan hüquq forumunda deyib.
“Hesab edirəm ki, fərqli tarixi və coğrafi mövqeyi olan hər hansı başqa ölkəyə öz gözümüzlə baxdığımız zaman bu, əsas səhvlərdən biridir. Gürcüstanın qərar qəbul etmək bacarığı bizimkindən fərqlidir. Əvvəlcə onların vəziyyətinə alışmağa çalışmalıyıq və yalnız bundan sonra adekvat qiymət verə bilərik”, – o, Gürcüstan parlamentinin “Xarici agentlər haqqında” qanunu qəbul etməsi ilə bağlı vəziyyəti şərh edərkən deyib.
Öz növbəsində, Gürcüstanın ədliyyə naziri Rati Breqadze qeyd edib ki, tənqid olunan “Xarici agentlər haqqında” qanun yalnız şəffaflığı təmin etməyə yönəlib. Onun sözlərinə görə, Gürcüstan hökuməti “yalnız siyasi bəyanatları deyil, opponentlərin hüquqi arqumentlərini eşidərsə” bu qaydanı yenidən işlətməyə hazırdır.
Xatırladaq ki, gürcü parlamentarilərinin təsdiqlədiyi “Xarici agentlər haqqında” qanun müxalifət tərəfdarlarının etirazına səbəb olub. Avropa İttifaqı və NATO qanunun qəbulunun Gürcüstanın bu təşkilatlara üzv olmasına mane olacağını bildirərək, onu geri götürməyə çağırıb. Qərbdə iddia edir ki, qanun Rusiya modeli ilə qəbul edilib. Eyni zamanda, Tiflis isə bildirir ki, sənədin əsası ABŞ-ın oxşar qanunu olub.
Akqabay
Sosial Platformamızı bəyənin