Ermənistan Kirants-Açarkut yolunun yenidən qurulmasına başlandığını elan edib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin administrasiyasının rəhbəri Arayik Arutyunyan sosial şəbəkələrdə məlumat verib.
“Dünən beynəlxalq standartlara uyğunlaşdırılacaq Kirants-Açarkut yolunun yenidən qurulması üzrə işlərə başlanılıb”, – Arutyunyan yazıb.
Yol genişləndiriləcək və yük maşınlarının gediş-gəlişi təmin ediləcək. Yenidənqurma işləri iki ay ərzində başa çatdırılmalıdır.
Qeyd edək ki, Kirantsın girişindəki körpünün Azərbaycanın nəzarətinə keçməsindən sonra ermənilər yeni çəkilən bu yoldan istifadə etməli olacaqlar.
Bundan əvvəl məlum olub ki, mülkləri Azərbaycanın nəzarət etdiyi ərazilərdə qalan Kirants kənd sakinlərinə evlərini boşaltmaq üçün iyunun 24-dək vaxt verilib .
Sosial Platformamızı bəyənin