Banker.az-ın yaydığı məlumata görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutu adlandırılır.
Bu barədə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin adının dəyişdirilməsi və “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik