Sumqayıt şəhəri (STM) 1 nömrəli Xəstəxanasının Polilinika şöbəsinin həkim-psixiatrı İlhamə Müslümovanın “Sən nə gözəl sevirsənmiş adamı…” və Namiq Müslümovun “Mən sevəndə adam kimi sevirəm…” adlı ilk şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutan təqdimat mərasimində ədəbi cameənin nümayəndələri, tibb işçiləri, şəhid ailəsinin üzvləri, qazilər və həkim-psixiatrın yaxınları iştirak ediblər.
Mərasimdə onun həyat və yaradıcılığından danışılıb, uğurlar arzulanıb. Bildirilib ki, İ. Müslümova insanları cismən sağaltmaqla yanaşı, yazdığı şeirlərlə onların ruhunu da sağaldır.
STM-nin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı çıxış edərək mərkəz rəhbərliyi adından İ. Müslümovanı təbrik edib və gələcək fəaliyyətində uğurlar diləyib.
Qeyd edək ki, İ. Müslümova 2001-cü ildən həkim kimi fəaliyyət göstərir və müxtəlif tibb müəssisələrində çalışıb.
Hazırda 1 nömrəli Xəstəxananın Poliklinika şöbəsində həkimlik fəaliyyətini davam etdirir.
Ramil Yaqub
Bizi Seçdiyiniz üçün təşəkkür edirik