Bu barədə Publika.az saytı məlumat dərc edib. Saytın yaydığı məlumata görə Avropa İttifaqı və ABŞ-nin Gürcüstana münasibətdə sərgilədiyi mövqe Bakının həyata keçirdiyi müstəqil siyasi kursun nə dərəcədə doğru olduğunu göstərir. Azərbaycan Cənubi Qafqazın qarşıdurma meydanı yox, sülh və iqtisadi inkişaf məkanı olmasını hədəfləyir.
Qərb yenidən Cənubi Qafqaz bölgəsində vəziyyəti gərginləşdirməyə, siyasi qarşıdurmaları körükləməyə başlayıb. Bu dəfə hədəfdə Azərbaycan üçün mühüm strateji əhəmiyyət daşıyan qonşu Gürcüstandır. Tbilisinin Avropa İttifaqı (Aİ) və ABŞ ilə münasibətlərindəki gərginlik yeni müstəviyə keçib. Mayda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu ilə başlayan təzyiq prosesi artıq Aİ və Vaşinqton tərəfindən konkret addımlarla müşahidə edilir.
Sosial Platformamızı bəyənin