News24.az bu barədə məlumat dərc edib. Məlumata görə yay fəslinin bitməsinə sayılı günlər qalıb. Artıq bazarlarda payız üçün xarakterin olan meyvə və tərəvəzlərin daha çox satıldığını müşahidə edirik. Ötən aylarda hava şəraiti, xaricə ixracın artması və digər bir sıra səbəblərdən bazarlarda yüksək qiymət artımı özünü göstərirdi.
Bəs payızda bizi hansı sürprizlər gözləyir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, yaz və yay aylarında müşahidə olunan əlverişsiz hava şəraiti payızlıq meyvə-tərəvəzlərə də mənfi təsir edəcək: vakansiyalar
“Bildiyiniz kimi, payızda yetişən meyvələr öz vegitasiya dövrünü yaz və yay aylarında davam etdirir. Bu baxımdan yaz və yay aylarında müşahidə olunan əlverişsiz hava şəraiti payzıda yetişən meyvələrə də öz təsirini göstərir. Məsələn, bazarda müşahidə etsəniz, tam salxımlı üzüm tapmaq demək olar ki, mümkün deyil. Bunun başlıca səbəbi küləkli və yağıntılı hava şəraiti ilə bağlıdır. Belə olduqda, sahibkar məcbur qalır həmin üzümün salamat qalan hissəsini bazara çıxarır”.
Ekspert payızda qiymətlərin bahalaşmasının qaçılmaz olduğunu diqqətə çatdırıb:
“Eyni vəziyyət nara da aiddir. Dolu yağması və güclü küləklər nar ağaclarında meyvələrin zədələnməsinə gətirib çıxardı. Bu isə onu göstərir ki, yaz və yay aylarında müşahidə olunan bahaçılıq və qıtlığı elə payızda da müşahidə edəcəyik. Amma məsələ burasındadır ki, payızda yetişən meyvələrin böyük əksəriyyəti daha çox Azərbaycanda istehsal olunur. Məsələn, müxtəlif alma sortları və çərəzlər daha çox xaricə ixrac edilir. Ola bilsin ki, ixracatın bir hissəsini ixtisar edib, daxili bazarı təmin edəcəklər. Ancaq bu sadəcə gözləntidir”.
Sosial Platformamızı bəyənin