Çinin parlamenti kimi fəaliyyət göstərən Ümumçin Xalq Nümayəndələri Konqresi 1950-ci illərdən bəri ilk dəfə olaraq pensiya yaşının artırılmasını təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.
Nəşr qeyd edir ki, kişilər üçün pensiya yaşı üç il – 60-dan 63-ə qaldırılacaq. Rəhbər vəzifələrdə çalışan qadınlar üçün pensiya 58 yaşdan, işçilər üçün 55 yaşdan başlayacaq. Bu gün Çində qadınların pensiya yaşı 50-dən başlayır.
Agentlik dəyişikliklərin 2025-ci ildə başlanacağını və 15 il davam edəcəyini vurğulayır. 2030-cu ildən pensiya almaq üçün tələb olunan əsas haqların ödənilməsi müddəti 15 ildən 20 ilədək artmağa başlayacaq.
Onlar həmçinin Çin vətəndaşlarına minimum iş stajına çatana qədər, mövcud qanunvericiliyin icazə verdiyi vaxtdan tez olmayan üç il əvvəl təqaüdə çıxmaq hüququ da verməyi planlaşdırırlar.
Adəm
Sosial Platformamızı bəyənin