4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Elnarə Hüseynova və Rövşən Nəcəfquluyev Sumqayıt Tibb Mərkəzinin 3 nömrəli Şəhər Xəstəxanasında “Dövlətin ekoloji siyasətinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin rolu” və “Tibbi tullantıların idarə edilməsi” mövzularında maarifləndirici tədbir keçiriblər.
Tədbir zamanı Ümummilli Lider Heydər Əliyevin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunması istiqamətində həyata keçirdiyi işlər barədə iştirakçılara geniş məlumat verilib.
Həmçinin tibbi tullantıların düzgün idarə olunması ilə bağlı mövzular izah edilib və iştirakçıların sualları cavablandırılıb.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik



