Fövqəladə Hallar Nazirliyinin (FHN) Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin rəisi Əkrəm Qəhrəmanov cərimələnib.
Oxu24.com “Qaynarinfo”ya istinadla xəbər verir ki, Dövlət Gömrük Komitəsi tərəfindən Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti barəsində İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, sözügedən qurum tərəfindən xaricdən gətirilən məhsullara görə xidmət tərəfindən gömrük bəyannamələri üzrə yaranmış gömrük borcu, əlavə dəyər vergisi və idxal rüsumu ödənilməyib.
Xidmətin rəisi Əkrəm Qəhrəmanovun nümayəndəsi məhkəmədə bildirib ki, 11-12 noyabr 2024-cü il tarixlərində BMT-nin İqlim Dəyişmələri üzrə Konfransının (COP29) Bakı şəhərində keçirilməsi ilə bağlı aparılan hazırlıq işləri çərçivəsində, Bakı buxtasının dənizkənarı bulvar ərazisində sahilyanı ərazilərin neftlə çirklənməsinin mühafizəsi, dənizdə neft dağılmalarına hazırlığın təmin olunması və bu sahədə müvafiq təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə işçi katerlərin və neftyığan avadanlıqların alınması ilə bağlı Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinə Nazirlər Kabinetinin qərarı ilə dövlət büdcəsindən 16 199 497.03 manat vəsaitin ayrılmasına göstəriş verilib. Sözügedən məbləğdə müvafiq avadanlıqlar xarici ölkələrdən alınaraq ölkəyə gətirilib.
Sosial Platformamızı bəyənin