İRƏVAN xanlığının əsası XVIII əsrin ortlarında MİR MEHDİ XAN tərəfindən qoyulub. Xanlıq QARABAĞ, NAXÇIVAN və MAKU xanlıqları ilə, OSMANL İmperiyası, KARTLİ-KAXETİYA çarlığı, BORÇALI, QAZAX sultanlıqları ilə həmsərhəd olub. Mərkəzi İRƏVAN şəhəri idi.
XIV ƏSRİN sonunda – TEYMURİLƏR dövründə əsası qoyulan İrəvan XVI əsrdə ŞAH İSMAYIL XƏTAİNİN dövründə (1501-1524) inkişaf edərək şəhərə çevrilib.
SƏHƏR inzibati cəhətdən 3 məhəlləyə bölünürdü. 1832-ci ildə burada 12 məscid qeydə alınmışdı.
XANLIĞIN mərkəzi iki hissədən: -Qala və Bayır şəhərdən ibarət idi. İkiqat hasarla əhatə olunmuş İrəvan qalası 1582-ci ildə çiy kərpicdən Zəngi çayının sol sahilindəki qayada inşa edilmişdi. Birinci divar ilə ikinci divar arasında dərin arx qazılmışdı. Müharibə vaxtı arx su ilə doldurulurdu.
BAYIR şəhər qaladan şimalda salınmışdı. XIX əsrin əvvəllərində İrəvan qalasında top və barıt istehsal edən zavodlar vardı.
İRƏVAN xanlığında türkdilli azərbaycanlıların yerli xalq olduğu haqda rus ordusunun Qafqazdakı komandanı general Paskeviçin rəsmi məlumatlarında öz əksini tapmışdı. İrəvan qalasını çox çətinliklə ələ keçirən general PASKEVİÇ xanlıqda əhalinin milli tərkibi haqda verdiyi məlumatda burada 10 min azərbaycanlı, 3 min erməni ailəsinin yaşadığını bildirirdi.
ABŞ-dan olan professor CASTİN MAKKARTİ 1828-ci ilə qədər İrəvan xanlığı əhalisinin 80 faizinin azərbaycanlı olduğunu göstərir.
XVIII ƏSRİN 50-ci illərinin əvvəllərində İrəvan xanlığının vəziyyəti son dərəcə gərginləşir. Onu şimaldan gürcü hərbi qüvvələrinin hücum təhlükəsi, cənubdan isə Urmiya xanı Fətəli xan Əfşarın hücumları narahat edirdi. Digər tərəfdən isə xanlığın ərazisində məskunlaşmış ermənilərin düşmənçilik münasibətləri, onların pozuculuq fəaliyyəti ara vermirdi.
1827 çi İLİN oktyabrın 6-da İrəvan xanlığı ruslar tərəfindən işğal edilir və bu işğal 1828-ci il fevralın 10-da Türkmənçay sülh müqaviləsi ilə möhkəmlənir. Bu müqavilənin 15-ci bəndinə əsasən İran dövlətində və Osmanlı imperiya sında yaşayan erməni əhalisi Cənubi Qafqaza köçürülür.
İRƏVAN xanlığının ərazisi strateji əhəmiyyətə malik idi. Osmanlı imperiyasını, Gürcü knyazlıqlarını və İranı təziq altında saxlamaq üçün Lazarev, Paskeviç və başqa rus generalları erməniləri daha çox İrəvan xanlığının ərazisinə köçürtməyə çalışırlar.
SONRALAR Naxçıvan və İrəvan xanlıqlarının ərazisində “Erməni vilayəti” yaradılır və bu proseslər tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaranması ilə nəticələnir.
QƏRBİ Azərbaycanın, Azərbaycan türkünün torpaqları, İrəvanın Azərbaycan türkünün şəhəri olması və orada həmişə, bütün zamanlarda Azərbaycan türklərinin yaşamasını yenə erməni mənbəyi təsdiq edir.
KAHİN Hovannes Şahxatunyan “1410-cu ildən 1828-ci ilədək İrəvan xanlığını kimlər idarə edib” sualına cavab kimi aşağıdakı siyahını tərtib edib:
1. Əmir Səd – XIV əsrin axırı – 1410;
2. Pir Hüseyn (Əmir Sədin oğlu) – 1410-1420;
3. Pir Yaqub (Pir Hüseynin oğlu) – 1420-1430;
4. Əbdül (Pir Hüseynin oğlu) – 1430-1440;
5. Yaqub bəy (Cahan şahın əmri ilə) – 1440-1460;
6. Həsən Əli Qaraqoyunlu – 1460-1471;
7. Uzun Həsən – 1471-1475;
8. Həsənbəy Bayandurun nəvəsi – 1475-1515;
9. Div Sultan Rumlu – 1515-1539;
10. Hüseynxan Sultan – 1539-1550;
11. Şahqulu Sultan Ustaclı – 1550-1575;
12. Lala Qara Mustafa paşa (Sultan Murad dövrü) – 1575-1577;
13. Mahmudxan Toxmaq (Xudabəndə şahın dövrü) – 1577-1583;
14. Fərhad paşa (Sultan Murad dövrü) – 1583-1604;
15. Məhəmməd Şərif paşa – 1604-1605;
16. Əmirquna Xan Qacar (Şah Abbas dövrü) – 1605-1625;
17. Təhməzqulu (Əmirqunanın oğlu) – 1625-1635;
18. Murtuza paşa (Sultan Murad bəy dövrü) – 1635-1636;
19. Kəlbəli xan – 1636-1639;
20. Məhəmmədxan xan (Çağata Götük) – 1639-1648;
21. Xosrov xan – 1648-1652;
22. Məhəmmədqulu xan (Lala bəyin oğlu) – 1652-1656;
23. Nəcəfqulu xan – 1656-1663;
24. Abasqulu xan (Əmirqunanın oğlu) – 1663-1666;
25. Səfiqulu xan – 1666-1674;
26. Sarıxan bəy (iki il əvəz edir) – 1674-1675;
27. Səfiqulu xan (Təbrizli Rüstəm xanın oğlu) – 1675-1679;
28. Zal xan – 1679-1688;
29. Murtuzaqulu xan (Naxçıvanlı Məhəmmədrza xanın oğlu) – 1688-1691;
30. Məhəmmədqulu xan – 1691-1694;
31. Zöhrab xan – 1694;
32. Fərzəli xan (Əmirqunanın nəvəsi; Sultan Əhməd dövrü) – 1694-1700;
33. Zöhrab xan – 1700-1705;
34. Əbdül Məhəmməd xan – 1705-1709;
35. Mehrəli xan – 1709-1719;
36. Allahqulu xan – 1719-1725;
37. Rəcəb paşa – 1725-1728;
38. İbrahim və Mustafa paşalar – 1728-1734;
39. Əli paşa – 1734;
40. Hacı Hüseyn paşa (Əli paşanın müavini) – 1734-1735;
41. Məmmədqulu xan – 1735-1736;
42. Pirməhəmməd xan – 1736-1752;
43. Xəlil xan – 1752-1755;
44. Həsənəli xan Qacar – 1755-1762;
45. Hüseynəli xan (Həsənəli xanın qardaşı) – 1762-1783;
46. Qulaməli xan (Hüseynəli xanın oğlu) – 1783-1784;
47. Məhəmməd xan – 1784-1805;
48. Mehdiqulu xan – 1805-1806;
49. Məhəmməd xan Marağalı – 1806-1807;
50. Hüseyn xan Qacar qardaşı Həsən xanla – 1807-1827 (Erməni sovet ensiklopediyası, III c., s.571).
Bizi Seçdiyiniz üçün təşəkkür edirik

