Qlobal maliyyə sistemindəki beynəlxalq sanksiyalar və məhdudiyyətlər illərdir İranın xaricdəki milyardlarla dollarlıq aktivlərinin bloklandığını ortaya çıxarıb.
Neft və enerji satışından əldə edilən bu gəlirlər, texniki olaraq İranın öz pulu olsa da, müxtəlif ölkələrin banklarında və maliyyə qurumlarında “dondurulmuş aktivlər” kimi saxlanılır. Bu səbəbdən də Tehran bu vəsaitlərdən istifadə edə bilmir.
Ekspertlərin fikrincə, bu vəziyyət klassik borc münasibətlərindən çox fərqli bir mənzərəni göstərir.
Siyasi və hüquqi səbəblərə görə ödənilmiş kommersiya gəlirlərinin açıqlanmaması İranın öz resurslarına çıxışının qarşısını alır. Qeyd olunan rəqəmlər heyrətamizdir.
İranın ən çox pulu isə bu ölkələrdədir:
9. Birləşmiş Ərəb Əmirliyi: milyardlarla dollar (kokpret rəqəm göstərilmir)
8. Yaponiya-1-3 milyard dollar civarında
7. Lüksemburq:1,6-1,7 milyard dollar
6.Hindistan:1-2 milyard dollar
5.ABŞ: 2 milyard dollar
4. Qətər: 6 milyard dollar
3. Cənubi Koreya: 7-10 milyard dollar civarında
2. İraq: 8-10 milyard dollar
1. Çin: 20-22 milyard dollar.
Mürtəza- olke.az
