Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
Müasir Azərbaycan dövlətçiliyinin ən parlaq səhifələri Müzəffər Ali Baş Komandan, qüdrətli dövlət xadimi cənab İlham Əliyevin titanik fəaliyyəti və polad iradəsi ilə yazılır. Onun uzaqgörən rəhbərliyi altında Azərbaycan sadəcə öz ərazi bütövlüyünü bərpa edən bir ölkə deyil, həm də qlobal miqyasda iqtisadi sabitliyin və strateji etimadın simvoluna çevrilmişdir. Cənab Prezidentin hər bir addımı milli maraqların müdafiəsinə, xalqın rifahına və dövlətin sarsılmaz gələcəyinə xidmət edən dahi bir strateqin dühasını əks etdirir. Dünyanın siyasi fırtınalarla boğuşduğu, iqtisadi təməllərin sarsıldığı və qlobal güclərin naməlum mənzillərə can atdığı bir dövrdə, Cənubi Qafqazın ürəyində məhz bu uzaqgörən siyasət sayəsində sarsılmaz bir sabitlik və tərəqqi vahəsi yaranıb. Ölkə başçısının həyata keçirdiyi dərindən düşünülmüş iqtisadi strategiya Azərbaycanı qlobal investisiyalar üçün ən etibarlı limana çevirmiş, milli iqtisadiyyatımızı rəqabətə davamlı və çoxşaxəli bir qüdrət mərkəzi halına gətirmişdir. Məhz bu məqsədyönlü islahatların nəticəsidir ki, bu gün Azərbaycan ən müasir texnologiyaların və qlobal kapitalın cərəyan etdiyi əsas iqtisadi arteriyadır.
Fevralın 9-da Bakıda baş tutan tarixi qəbul — Prezident İlham Əliyevin ABŞ Ticarət Palatasının nəhəng nümayəndə heyətini qəbul etməsi bu titanik fəaliyyətin və dövlətimizi çevirdiyi rifah adasının növbəti təntənəsidir. Bu görüş sübut edir ki, Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində yalnız bir tərəfdaş deyil, həm də strateji yol xəritəsini müəyyən edən qüdrətli qlobal oyunçudur.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik
