Qlobal gərginliyin artması ilə mümkün üçüncü dünya müharibəsi ssenarisi yenidən müzakirə mövzusuna çevrilib. Böyük dövlətlər arasında hərbi fəaliyyətin artması, ittifaqların sərtləşməsi və regional münaqişələrin genişlənməsi ehtimalı ölkələrin böhran dövründə sahib olduqları üstünlükləri gündəmin ön planına çıxarıb.
Belə bir kritik dövrdə ölkələrin ən böyük imkanları üzə çıxıb. Bəziləri inkişaf etmiş nüvə imkanları ilə seçilir, digərləri isə nəhəng orduları, qabaqcıl müdafiə sistemləri və ya strateji coğrafi yerləri ilə diqqəti cəlb edir. Burada enerji resursları, güclü iqtisadiyyat və hərbi ittifaqlar da vacib üstünlüklər arasındadır.
Məsələn Misir- Süveyş kanalına görə dünya ticarətinə nəzarət etməsi; İsrail- müdafiə və güclü kənd təsərrüfatı sahəsində texnologiyaya malik olması; BƏƏ- turizm, ticarət və aviasiya; Səudiyyə Ərəbistanı -neft hasilatına görə; Pakistan- hərbi güc və gənc nəsil; İran -Hörmüz boğazındakı üstünlük və enerji ehtiyatları; Rusiya- təbii ehtiyatlar, nüvə silahı; Türkiyə- açar ölkə olmadsı, PUA/SİHA doktrinası; Almaniya -yüksək sənaye mühəndisliyi və sənaye məhsulu ixracına malik olması; Çin-qlobal istehsal gücü və tədarük zəncirinə malik olması; ABŞ- hegemoniya, dollar ehtiyatına malik olamsıdır.
Azərbaycan isə ilk 50 ölkə arasında 43-cü yerdə Xəzərdəki enerji qaynaqları və tranzit dəhlizlərə malik olması ilə üstünlüklərə malikdir. Bu da Azərbaycanın beynəlxalq miqyasdakı rolunu artıran ciddi amildir.
Müəllif Mürtəza – olke.az
Sosial Platformamızı bəyənin