Təzə qalsın deyə çörəyi soyuducuya qoymaq geniş yayılmış vərdişdir. Lakin son araşdırmalar göstərir ki, soyuducu çörəyin ən böyük düşmənidir. Soyuq hava çörəyin dadını dəyişdirir, molekulyar quruluşuna təsir edir və onu daha tez bərkidir.
Soyuducu çörəyin bayatlamasını sürətləndirir. Soyuq nişasta molekullarının kristallaşmasına səbəb olur, bu da məhsulun yumşaqlığını və ətrini itirməsinə yol açır. Xüsusilə təbii mayalı çörəklər bu halda məsaməli toxumasını qoruya bilmir.
Təbii mayalı çörəyin üstünlüyü onun tərkibindəki laktik turşu bakteriyalarındadır. Bu bakteriyalar çörəyin tez sərtləşməsinin qarşısını alır. Belə çörək otaq temperaturunda, heç bir qatqı olmadan bir həftəyə qədər təzə qala bilir.
Çörəyin təravətini qorumaq üçün bir neçə effektiv üsul var. Məhsulu otaq temperaturunda saxlayarkən kağız torbalara qoymaq və ya təmiz pambıq dəsmala bükmək məsləhət görülür. Hava axınını tənzimləyən və daxili nəm balansını sabit saxlayan xüsusi çörək qabları da keyfiyyəti saxlamağa kömək edir.
Mənbə – demokrat.az
Aytən
Sosial Platformamızı bəyənin