Evdə hazırlanan qatığın həm dadlı, həm də sıx olması üçün tətbiq edilən yeni üsul maraq doğurub. Bu sadə metod sayəsində qatıq həm “daş kimi” bərk alınır, həm də üzərində qalın qaymaq təbəqəsi yaranır.
Demokrat.az xəbər verir ki, qatıq çalmağın ən kritik nöqtəsi südün temperaturudur. Süd qaynadıqdan sonra təxminən 42-45°C dərəcəyə qədər soyumalıdır. Lakin əsas fərqi yaradan məqam maya əlavə edilməzdən əvvəl tətbiq olunan kiçik hiylədir. Südü mayalamazdan əvvəl blenderlə qısa müddət qarışdırmaq onun havalanmasını təmin edir. Bu proses südün strukturunu dəyişərək qatığın daha möhkəm olmasına şərait yaradır.
Blenderdən istifadə həm də südün tərkibindəki yağ molekullarını bərabər paylayır. Nəticədə qatıq kəsildikdə dağılmır, qaşıq vurulduqda formasını saxlayır və hamar tekstura qazanır. Mayalama zamanı qabın tərpədilməməsi və sabit temperaturda saxlanılması da nəticənin keyfiyyəti üçün vacibdir.(milli.az)
Sosial Platformamızı bəyənin