Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilir.
Axar.az xəbər verir ki, iclasın gündəliyinə əsasən, MSK sədri, onun müavini və katibləri seçiləcək.
İclasda Milli Məclisin sədri Sahibə Qafarova da iştirak edir.
***
Mərkəzi Seçki Komissiyasının sədri müəyyənləşib.
MSK-nın bu gün yeni tərkibdə keçirilən ilk iclasında Məzahir Pənahov yenidən qurumun sədri seçilib.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılaraq, qəbul edilib.
***
Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini və katibləri müəyyənləşib.
Bununla bağlı qərar MSK-nın bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, MSK üzvləri Rövzət Qasımovun sədr müavini, Arifə Muxtarova və Mikayıl Rəhimovun isə katib seçilməsi qərara alınıb.
Qərar səsverməyə qoyularaq MSK üzvləri tərəfindən dəstəklənib.
Sosial Platformamızı bəyənin