Azərbaycan Respublikasının Prezidentinin 63 nömrəli Sərəncamı ilə 21.11.2008-ci il tarixdə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş, savadlı hüquqşünas, Dövlət və Dövlətcilik maraqlarına xidmət edən, Azərbaycan Xalqına və Ali Baş Komandanına sədaqətli general, sadə və təvəzükar insan, Orxan Əziz oğlu Qasımov.
Allah qorusun!
“Yaxşı təhsil, savad ölkənin inkişafına zəmin yaradır. Ölkəmizdə nə qədər savadlı insan olarsa, inkişaf bir o qədər sürətli olar. Bir insanın xoşbəxtliyi odur ki, o, həm də qarşıdakını xoşbəxt görür”.
Orxan Əziz oğlu Qasımov 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr,
2000-ci ildə magistr pilləsi üzrə bitirmişdir.
1999-cu ildən 2000-ci ilədək Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində,
2000-ci ildən 2005-ci ilədək Ədliyyə Nazirliyi Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları idarəsində
müxtəlif vəzifələrdə çalışmışdır.
2005-2013-cü illərdə Ədliyyə Nazirliyi Bakı şəhəri
Qaradağ və Xətai rayon icra şöbələrinin rəisi olmuşdur.
2013-cü ildən 2018-ci ilədək Ədliyyə Nazirliyi
Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəis müavini vəzifəsində işləmişdir.
10.09.2018-ci il tarixdə Ədliyyə nazirinin əmri ilə
Penitensiar xidmətin rəis müavini vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 63 nömrəli Sərəncamı ilə 21.11.2008-ci il tarixdə
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
2018-ci ildə “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918−2018)”
Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.
Ədliyyə general-mayorudur.
İngilis dilində sərbəst danışır.
Ailəlidir, 3 övladı var.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik