https://www.instagram.com/p/Crf9AOwIaYb/ Instagram ünvanının 26/04/2023 tarisində yaydığı məlumata görə
Sumqayıt Şəhər İcra Hakimiyyətində yoxlamaların başladığı haqqında məlumatlar yayılıb. Məlumatlarda əsasən icra başçısı Zakir Fərəcovun son üç illik fəaliyyət dövrünün maliyyə nazirliyinin 8 nəfərlik qrupu tərəfindən araşdırıldığı qeyd olunub. Bildirilib ki, yoxlamaların nəticəsindən asılı olaraq onunla bağlı müvafiq qərar veriləcək. Mənbənin bildirdiyinə görə Z.Fərəcovun ən ciddi maliyyə pozuntularından biri şəhər stadionu ilə bağlıdır. Arenada yenidənqurma işləri ötən ilin dekabrında başa çatsa da, hələ də istifadəyə verilməyib. Yoxlamalar zamanı məlum olub ki, stadionda kifayət qədər ciddi problemlər var. Layihədə nəzərdə tutulan bir çox detallar icra edilməyib ki, bu da maxinasiyaların olması anlamına gəlir. Bu səbəbdən Sumqayıt kimi şəhərin stadionu azarkeşlərin və eyniadlı klubun istifadəsinə verilmir. Bu barədə yeni məlumatda bildirilir ki, yaxın vaxtlarda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov işdən azad ediləcək. Stadionun açılışı da yeni başçının təyinatından sonra reallaşacaq. Qeyd edək ki, Sumqayıt şəhər stadionu Prezident İlham Əliyevin 21 noyabr 2019-cu il tarixli sərəncamı ilə yenidən qurulub. Arenanın tikintisinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb. Zakir Fərəcovun fəaliyyətindən məlumatı olan yaxın mənbə bildirib ki, Sumqayıtda çox böyük problemlər var və bu problemlərin hamısı icra başçısının yol verdiyi ciddi nöqsanlarlarla bağlıdır. Qeyd edək ki, Zakir Fərəcov adı qalmaqallarda keçən icra başçılarından biridir. Onun Sumqayıtda xüsusən sahibkarlara “qan uddurduğu”na dair iddialara tez tez rast gəlinir. Hətta yaxın zamanlarda Sumqayıt Bulvarının və şəhərin giriş hissəsinin inşaasını həyata keçirən sahibkarlarla sözügedən məntəqənənin icra başçısı Zakir Fərəcov arasında borc qalmaqalı ilə bağlı ölkə başçısına müraciət olunmuşdur. Üstəlik, sahibkarların təhdid və təqib olunması barədə mediada geniş məlumat verilsə də, rəsmi qurumlar hələ də məsələyə hüquqi qiymət verməyə tələsmirlər. Fərəcov sahibkarlara qənim kəsilməklə təkcə prezidentin tapşırıqlarına və tələblərinə qarşı çıxmır, həm də eyni zamanda sahibkarlara zülm və sitəm etməklə böyük pullar da qazanır
Sosial Platformamızı bəyənin
Bizi Seçdiyiniz üçün təşəkkür edirik