” Uzun saçlı , qıyıq gözlü , enli kürəkli , qurd baxışlı Türklərin ildırım sürətinin qabağında dağlar belə tab gətirmirdi “
L.QUMİLYOV ” QƏDİM TÜRKLƏR “
Bəşər tarixində gələcək nəsillərə insan əlilə yaradılmış çox heyrətamiz möcüzələr yadigar qalmışdır. Onlardan biri də çinlilərin qorxudan , türklərdən qorunmaq məqsədi ilə inşa etdikləri Böyük Çin səddidir. Çinlilər bu səddə Vanli Çançen deyirlər.
Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin səddi ilk dəfə e.ə. 221-ci ildə Çin imperatoru Çin Şi-Xuandi tərəfindən cəmi on
ilə tikilmişdir.
Sonrakı bir neçə əsrdə Böyük Çin səddi daha 2000 kilometr uzadılaraq dünyanın ən böyük, ən uzun səddinə çevrilmişdir. Lakin o, yeni eranın VI əsrindən başlayaraq türk imperiyalarının güclü ordularının önünü sax
laya bilmir və öz keçilməz-aşılmaz müdafiə funksiyasını itirir. Orta əsrlər tarixindən məlumdur ki, qədim türk hökmdarları Bilgə Xaqan, Mete, həmçinin Monqol imperatoru Çingiz Xan Böyük Çin səddini aşaraq ölkənin içərilərinə yerimişdilər.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik