ABŞ-da qətlə yetirilən azərbaycanlının iki ay sonra toyu olacaqmış – YENİLƏNİB + FOTO/VİDEO
Ötən gün ABŞ-da qətlə yetirilən azərbaycanlı Qurban Bağırovun iki ay sonra toyu olacaqdı.
Bununla bağlı Baku.ws-ə mərhumun yaxınları məlumat verib.
Onların sözlərinə görə, Q.Bağırov 6 il əvvəl Amerikaya yollanıb. Orada təhsil alan 25 yaşlı Qurban daha sonra çalışmağa başlayıb.
Hazırda mərhumun yaxınları cəsədinin Azərbaycana gətirilməsi üçün danışıqlar aparır. Bu prosesin 2 həftə ərzində reallaşacağı deyilir.
14:04
ABŞ-da azərbaycanlı gəncin qətlə yetirildiyi yerdən görüntülər yayılıb.
Bununla bağlı “CBS Chicago” telekanalı reportaj hazırlayıb.
Reportajda hadisənin baş vermə səbəbləri haqqında məlumat verilib, qətlin törədildiyi yer və azərbaycanlı gəncə məxsus avtomobilin görüntüləri yayımlanıb.
ABŞ-da yaşayan azərbaycanlı gənc qətlə yetirilib.
Sonxeber.az AZXEBER.COM-a istinadən xəbər verir ki, ABŞ-ın Çikaqo ştatında yaşayan Qurban Bağırov adlı vətəndaş dünən qətlə yetirilib.
Məlumata görə, ölümə səbəb mübahisə olub. Qurban Bağırov qarşısındakı avtomobilin sürücüsündən yol istəyib, o isə aqressiv reaksiya verib. Nəticədə həmyerlimiz öldürülüb.