Uzun müddətdir səhhətindəki problemlərlə mübarizə aparan meyxanaçı Kərim Novruzov (Ağakərim) yenidən insult keçirib.
OLAY yazır ki, bu barədə onun dostu, həmkarı Ağamirzə Məmmədov “Günün sədası” proqramına məlumat verib.
O bildirib ki, söz ustadı bir həftə əvvəl insult keçirib. Onun vəziyyəti birdən pisləşib, gözləri qaralıb. Sonra oğlu Kamilin evə gətirdiyi həkim atasının insult keçirdiyini deyib.
Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. O, hazırda yataq xəstəsidir.
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik