Azərbaycanın Ağdam rayonunda yerləşən Türkiyə-Rusiya birgə monitorinq mərkəzində xidmət edən türkiyəli hərbçilərin qalma müddətinin daha bir il uzadılması planlaşdırılır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qanun layihəsi bu həftə ərzində parlamentə göndəriləcək. Daha sonra qanun layihəsi Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq.
Qanunverici orqan Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddətinin daha bir il uzadılmasına razılıq verərsə, qərar rəsmi mətbuatda dərc edildikdən sonra qüvvəyə minəcək. Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisi 2020-ci il noyabrın 17-də ölkə Silahlı Qüvvələrinə bir il müddətinə Azərbaycana hərbi qulluqçu göndərmək səlahiyyəti verib. 2021 və 2022-ci ilin noyabrında Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha bir il uzadılıb.Bu barədə caliber.az saytı məlumat dərc edib
Sosial Platformamızı bəyənin