O, Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə parkda idman edən zaman baş verib:
“Mən parkda idman etdikdən sonra orada gəzməyə başladım. Bu zaman mənə zəng gəldi. Həmin vaxt qarşımdan 65-70 yaşlarında olan iki qadın keçdi. Sonra isə bir oğlan yaxınlaşdı ki, sən mənim anama söz atıb, təhqir etmisən. Şoka düşdüm. “Qadın mənim anam yaşındadır, onunla nə işim ola bilər? Get, işinlə məşğul ol”, – dedim. Bu zaman isə oğlan mənə əl-qol atmağa başladı. Orada olan adamlar mübahisəyə müdaxilə etdilər. Telefonum yerə düşdü və ekranı sındı. Ətrafdakılar dedilər ki, Namiq müəllim, siz ki sənətçi adamsınız, belə insanlarla işiniz olmasın”.
O qeyd edib ki, mübahisə etdikdən sonra parkdan həmin şəxslərin arxasınca gəlib:
“Ara küçədə oğlana yaxınlaşdım və dedim ki, qadınlardan uzaqlaş, gəl, söhbətləşək. Çünki o, həm mənim telefonumu qırıb, həm də mənə qarşı nalayiq sözlər işlədib. Burada da mənə əl-qol atmağa başladı. Təbii ki, mən də eləcə durası deyildim. Həmin vaxt oğlan mənim boğazımı sıxdı və gümüş boyunbağımı dartıb apardı. Bu vaxt yanımızdakı qadın hadisəni telefona çəkdi. Mən evə gəldim, fikirləşdim ki, namazımı qılım, polisə şikayət ərizəsi yazım. Elə həmin vaxt Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən mənə zəng vurub söylədilər ki, bir xanımı və onun oğlunu park ərazisində təhqir etdiyim üçün haqqımda şikayət var. Polis bölməsinə getdim və şikayətimi bildirdim. Orada polis bizə dedi ki, qarşılıqlı üzr istəyin və barışın. Dedim ki, mənim telefonum qırılıb, boyunbağım aparılıbsa, üzr istəməliyəm? Oğlan məndən üzr istədi. Bu zaman qadın dedi ki, guya onun da “iPhone 14” markalı telefonunun ekranı qırılıb. Telefonu gətirdilər, baxdım ki, heç 500-600 manat dəyəri yoxdur. Dedim bəs deyirdiniz telefonun markası “iPhone”dur? Yanındakı qadın dedi ki, siz o qədər toya gedirsiniz, pulunuz var, “iPhone 14” də ala bilərsiniz. Sonra dedi ki, gedib indi alaq telefonu. Xanıma bildirdim ki, mən onlarla heç bir mağazaya getmirəm. Onlara öz tanıdığım mağazaya getməyi təklif etdim və dedim ki, telefonun yalnız ekranını düzəltdirəcəyəm. Çünki belə şər-böhtançı adamların məndən uzaq olmasın istəyirəm”.
10:16
Aşıq Namiq Fərhadoğlu döyülüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Nəsimi rayonunda yerləşən Zabitlər parkında baş verib.
Belə ki, Aşıq Namiq parkda gəzən qadına söz atıb.
Nəticədə qadının oğlu onu döyüb.
Daha sonra hər iki şəxs bir-birindən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə şikayət edib.
İlhamə Əbülfət
Sosial Platformamızı bəyənin