Almaniya Avropanın ən varlı ölkəsidir.
Metbuat.az xəbər verir ki, iqtisadi məlumatlar Almaniya iqtisadiyyatının Böyük Britaniya, Portuqaliya və Yunanıstanın ümumi iqtisadiyyatından üstün olduğunu ortaya qoyub. “World Population Review”un məlumatlarına görə, Almaniyanın builki ümumi daxili məhsulunun (ÜDM) 4,74 trilyon dollar olacağı proqnozlaşdırılır. Avropanın ən varlı ölkələr siyahısında Böyük Britaniya 3,84 trilyon dollarla ikinci, Fransa 3,21 trilyon dollarla üçüncü, İtaliya 2,42 trilyon dollarla dördüncü, Rusiya 2,08 trilyon dollarla beşinci yerdə qərarlaşıb.
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik
