Sentyabr ayı Azərbaycan Tarixi üçün ən önəmli aylardan biri.
2020 ci ilin bu günü 30 illik səbrin son həddi və hududu idi.
Səbr artıq tarıma çəkilib ox yayı kimi gərilmişdi!
Bu günün səhəri zəfərin ilk addımı atılacaqdı. Əks həmlə əməliyyatına geri sayıma az saatlar qalmışdı.
Düşmən edəcəyi hücumun nəticəsini hesablamadan hücuma keçməyə hazırlaşarkən əks həmlə ilə onların darmadağın ediləcəyini hesaba almamışdı.
Buna görə də ermənistanın baş naziri paşinyan və araik ekran önündə hədə yağdırırdı ta ki Azərbaycan ordusunun dəmir pəncəsi ermənistan silahlı qüvvələrinin mövqelərinə zərbə vurana qədər!
Allah bu Zəfər yolunda Şəhid olanlara rəhmət eləsin!
Müharibə veteranlarımıza möhkəm can sağlığı nəsib eləsin.
Allah 1918 ci ildən bu yana -ta ki 2022 yə qədər bu yolda canını fəda edən bütün Şəhidlərimizə rəhmət eləsin.
Elsevən
Gözəldərəli
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik