2024-cü ildə yaşayış minimumunun artırılması yaşa görə verilən müavinətlərin də artırılmasını zəruri edir.
Sfera.az xatırladır ki, bu ildən pensiyaçılar üçün yaşayış minimumunun məbləği 222 manat müəyyən olunub.
Bu məbləğ yaşa görə verilən müavinətlərin məbləğindən çoxdur. Hazırda yaşa görə müavinət alanlara hər ay 220 manat ödənilir.
“Yaşayış minimumu haqqında” Qanun əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində, pul gəlirlərinin indeksləşdirilməsində istifadə edilir. Bu təyinata əsasən, pensiyaçılar üçün yaşayış minimumu artdıqda müavinətlərin də ona uyğunlaşdırılması vacibdir.
Qeyd edək ki, yaşa görə müavinət yaşa görə pensiyaya çıxa bilməyənlərə verilir. Son illərdə bu müavinəti alanların sayı sürətlə artır. 2017-ci ildə 29,2 min insan yaşa görə müavinət aldığı halda, 2023-cü ildə 135 mindən çox insan yaşa görə müavinət alıb.
Sosial Platformamızı bəyənin