Azərbaycanla Ermənistan arasında 4-cü müharibə bir saata yaxın davam edəcək.
Axar.az xəbər verir ki, bunu ukraynalı iqtisadçı ekspert Aleksey Kuş deyib.
“Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsinin əsasını güclü iqtisadiyyat və ordunun texniki cəhətdən yenidən təchiz edilməsinə böyük sərmayə qoyulması təşkil edib. Bakı yalnız ordunun texniki cəhətdən yenidən silahlanmasına ildə 5-7 milyard dollar sərmayə qoyub. İqtisadiyyatda müsbət inkişaf ssenarisi yaratdılar: Azərbaycandan miqrasiya dayandı, iqtisadiyyat inkişaf etdi, investisiyalar cəlb olundu, güclü ordu yaradıldı. İkinci Qarabağ müharibəsi 44 gün, üçüncüsü isə iki gün (24 saat – red.) davam etdi. Əslində bütün problemləri həll etdilər. Biz də zamanla bu strategiyaları necə qurmağı öyrənməliyik”, – o bildirib.
Sosial Platformamızı bəyənin