“Biz iki ölkə arasında ticarət dövriyyəsi, qarşılıqlı investisiyalar, potensial iqtisadi sahədə olan layihələr barədə də mövcud olan statistikaya nəzər saldıq. Hesab edirik ki, ticarət dövriyyəsinin həcmi iki ölkə arasında olan potensialı tam əks etdirmir”.
Publika.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Monteneqro Respublikası baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə birgə mətbuat konfransında deyib.
C.Bayramov bildirib ki, investisiyalar sahəsində rəqəmlər daha ürəkaçandır:
“Azərbaycan şirkətləri tərəfindən bir milyard ABŞ dollarına yaxın investisiyalar qoyulub. Bu gün cənab nazir yeni investisiya imkanları barəsində ətraflı məlumat verdi. Hesab edirik ki, biznes dairələri bu istiqamətdəki imkanları əlavə olaraq dəyərləndirəcəklər”.
Sosial Platformamızı bəyənin