Müdafiə Nazirliyinin dərc etdiyi məlumata görə 2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda döyüş hazırlığı həftəsi çərçivəsində tabor, bölük, divizion və batareya səviyyəsində yarışlar keçirilir.
Bir neçə mərhələdə keçiriləcək yarışların əsas məqsədi bölmələrin döyüşə hazırolma vəziyyətini yüksək səviyyədə saxlamaq, hərbi qulluqçuların praktiki vərdişlərini təkmilləşdirmək və şəxsi heyətin sağlam rəqabət əzmini artırmaqdır.
Yarışların nəticələrinə əsasən, qalib heyətlər mükafatlandırılacaq.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik