Aprelin 20-də Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda keçirilən konfrans erməni yalanlarının, erməni saxtakarlıqlarının ifşasının vacibliyini bir daha gündəmə gətirdi.
Tədbiri yüksək səviyyədə təşkil etdikləri üçün ilk növbədə Agentliyin rəhbəri, erməni yalanlarının ifşası ilə bağlı çoxsaylı fundamental tədqiqatlar müəllifi professor Kamran İmanova təşəkkür edirəm.
Tədbirdə eyni zamanda professor Kamran İmanovun “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri” kitabının təqdimatı keçirildi, çoxlu məruzələr dinlənildi.
Konfransda professor Kamran İmanovun geniş məruzəsi dinlənildi. Sonra elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyev, Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri Fuad Axundov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Nuri Aksu çıxış etdilər.
Milli Məclisin deputatı Əziz Ələkbərli
Bizi Seçdiyiniz üçün təşəkkür edirik