Bu barədə xeberle.com saytı yazı dərc edib. Məlumata görə kütləvi cərimələrə başlanılıb.
Son günlər bölgələrdə və paytaxtda sakinlər arasında narazılıq yaradan əsas məsələ Azəriqaz İstehsalat Birliyinin tətbiq etdiyi cərimələrdir. Sakinlər bu cərimələrin onlara sayğaca müdaxilə iddiası ilə tətbiq edildiyini bildirsələr də, heç bir halda belə bir qanunsuzluğa yol vermədiklərini deyirlər. Bu etirazların ölkə mediasında və sosial şəbəkələrdə yayılması sakinlərin heç də haqsız olmadığını deməyə əsas verir. Nəticədə yüzlərlə vətəndaş qaz təminatından haqsız olaraq məhrum edilməklə bərabər, həm də məhkəmə yollarında qalırlar ki. bu da ciddi narazılıq yaradır.
“Azəriqaz” İB Sumqayıt sakinlərini yükləyir. Belə ki, yaşayış sahəsindən kənarda yerləşən sayğacda (qurumun dediyinə görə iynə ilə deşilmə) baş verən nasazlığa görə cərimə yazır”.
Bunun Sumqayıtda yaşayan jurnalist, Xeberlent.az-ın baş redaktoru Bəhruz Salmanov sosial şəbəkə hesabında qeyd edib. O bildirib ki, “Azeriqaz”ın Sumqayıt idarəsinin əməkdaşları yaşayış sahəsindən kənarda yerləşən sayğacda baş verən nasazlığa görə qanunsuz olaraq cərimə yazaraq, akta imza atdırırlar. Daha çox yaşlı sakinlərə bu cür hiylələr edilir:
“İla yaşlı adamlara da “narahat olmayın, sizlik bir şey yoxdur” deyərək, aktı imzalatdırırlar. Hansı qanuna əsasən edirlər desinlər, biz də bilək. Məhkəməyə verməklə həll etmək olar, amma bu, qayğısı onsuz da çox olan vətəndaş üçün əlavə vaxt itkisi, əziyyətdir. Artıq onlarla mənzilə cərimə yazılıb” deyə o qeyd edib.
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik