Bakı sakinləri bu gün səhər saatlarında havada yanaraq yerə doğru hərəkət edən obyekt görüblər.
Sonxeber.az xəbər verir ki, havada yanaraq yerə düşən obyekt şəhərin bir çox istiqamətlərindən görünüb.
Bununla bağlı sualı Trend-ə AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) icraçı direktoru professor Nəriman İsmayılov cavablandırıb.
O bildirib ki, fəzada çoxlu sayda müxtəlif ölçülü göy cismləri mövcuddur. Müxtəlif səbəblərdən aşınaraq öz orbitini tərk edir və istənilən istiqamətə uça bilir.
“Onlardan bir neçəsi də yer orbitinə daxil ola bilir. Yer kürəsində böyük sürət nəticəsində yüksək temperatura qədər qızır və aşınır. Belə cisimləri meteorlar adlandırırlar. Onlar yerə düşəndə isə daş parçası formasında olur. Meteoritlər müxtəlif ölçüdə olur. Onların böyüklərinə bolidlər deyirlər. Bolidlər daha parlaq formada olurlar. Onlar yerə çatmadan kül olurlar. Bakı səmasında müşahidə olunan cism bu tip cismlərdəndir” – deyə qurum rəsmisi bildirib.
10:07
Bakı sakinləri bu gün səhər saatlarında havada yanaraq yerə doğru hərəkət edən obyekt görüblər.
Bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat daxil olub.
Məlumata görə, havada yanaraq yerə düşən obyekt şəhərin bir çox istiqamətlərindən görünüb.
Sosial Platformamızı bəyənin