Ermənistan mediası ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ səfərinin yekunları ilə bağlı detalları təqdim edib.
Globalinfo.az xəbər verir ki, səfər zamanı A.Qriqoryana Bakının tələblərinin çatdırıldığı bildirilib.
Bakının irəli sürdüyü iddia edilən 7 tələb bunlardır:
– Sülh sazişi ilin sonuna qədər Vaşinqtonda imzalanmalıdır.
– Ermənistan öz cənub regionlarında 65 min azərbaycanlı qaçqını qəbul etmək öhdəliyi götürür.
– Zəngəzurda Ermənistandakı azərbaycanlıların təhlükəsizlik problemlərini həll edəcək qurum açılmalıdır.
– Ermənistan 2026-cı ilə qədər Rusiya bazasını çıxarmaq və Şərq Tərəfdaşlığı proqramı çərçivəsində NATO-nun təlim bölməsi ilə əvəz etmək öhdəliyi götürür.
– Ermənistan SSRİ dövründə mövcud olmuş anklavları Azərbaycana vermək öhdəliyi götürür.
– Beynəlxalq Gömrük Təşkilatının iştirakı ilə Zəngəzur dəhlizinin açılması.
– Qarabağdan imtina.
Qeyd edək ki, sözügedən iddi ilə bağlı rəsmi məlumat yoxdur.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik