Nazirlər Kabineti “Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”ni təsdiq edib.
Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Elektron kredit və zəmanət” informasiya sisteminin “Hökumət buludu”nda yerləşdirilməsi üçün texnoloji mühiti təmin etməli, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti informasiya sistemini mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli, həmin informasiya sisteminin təhlükəsizlik meyarları üzrə monitorinqini həyata keçirməli, informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər görməlidir.
Sosial Platformamızı bəyənin