Ermənistan Baş naziri Nikol Paşinyan sərhədyanı kəndlərin sakinlərinə Azərbaycanla sərhədin müəyyən edilməsindən başqa yolun olmadığını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
“Nikol Paşinyanın Tavuş vilayətinin Kiran kəndinin sakinləri ilə görüşü gərgin şəraitdə keçib. Görüş iştirakçılardan birinin dediyinə görə, Paşinyan görüşün əvvəlindən axırına kimi Kiran camaatını hədələyib ki, (Azərbaycana) müqavimət göstərə bilməyəcəklər. O bildirib ki, lazım olanı etməsələr və ya sərhəd xətlərinin müəyyənləşdirilməsi işlərinə mane olsalar, bunları zorla edəcəklər”, – nəşr bildirir.
Paşinyan kəndlilərə söyləyib ki, onların nə etmələrindən asılı olmayaraq, durum dəyişməyəcək. Yəni sərhədin delimitasiya və demarkasiyası davam edəcək, Azərbaycana qaytarılmalı olan ərazilər təhvil veriləcək.
Baş nazir sərhədyanı kəndlərin sakinlərinə onu da deyib ki, Azərbaycana təhvil verilən ərazilər Ermənistana məxsus deyil.
Müəllif: Mənsur Rəğbətoğlu
Sosial Platformamızı bəyənin