Sərginin ikinci günündə “Səhiyyədə transformasiyalar” adlı panel müzakirəsində TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Səkinə Sadıxova “Tibb müəssisələrində tətbiq edilən islahatlar” mövzusunda çıxış edib.
S.Sadıxova rəhbərlik etdiyi mərkəz haqqında geniş məlumat verib, həyata keçirilən islahatlardan söz açıb.
Sumqayıt Tibb Mərkəzinin tabeliyində 17 tibb müəssisəsinin olduğunu bildirən direktor bu tibb ocaqlarında 5000-ə yaxın işçi heyətinin çalışdığını qeyd edib.
STM-nin rəhbəri cari ilin ötən dövrü ərzində Mərkəzin strukturuna daxil olan tibb müəsisələrində 4 milyona yaxın xidmət göstərildiyini diqqətə çatdırıb.
S.Sadıxova tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, tibb müəssisələrinin infratrukturunun və maddi-texniki bazasının yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsinin əsas prioritetlərdən olduğunu vurğulayıb.
Sonda panel iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, sertifikatlar təqdim edilib.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik