2012-ci ildən etibarən, Bakı şəhərinin bir çox rayonlarda əhalini öz yaşadığı evlərdən qeydiyyatdan çıxarıblar. Halbuki vətəndaşlar 40 ildir ki, həmin qeydiyyatda olduğu evlərdə yaşayır.
Bu məsələdən sonra əhali yaşadığı rayon üzrə polis bölmələrinə qeydiyyata düşdü və qeydiyyatsız qalmamaq üçün bələ davam etdi.
Son 1 ildir ki, polis bolmələrində qeydiyyatda olan vətəndaşları da qeydiyyatdan çıxarıblar. İnsanlar havadan asılmış vəziyyətdə qalıb. Heç bir quruma gedib sənəd ala bilmir və eyni zamanda şəxsiyyət vəsiqəsini dəyişdirə bilmir…
Əvvala onu qeyd edim ki, dövlət qurumları hansı əsasla vətəndaşı, 40 il yaşadığı evdən qeydiyyatdan çıxarır? Digər tərəfdən də polis idarələrindən çıxarır. Bəs bu vətəndaşlar nə etməlidir? Axı onlarda ölkə vətəndaşıdır. Onlarda aylıq olaraq, qaz, işıq, su və digər ödənişləri aparır. Bu məsələni heç cürə anlamaq olmur. Bu nə vaxta qədər belə davam edəcək?
Qarşıdan seçkilər gəlir və insanlar hansı şəxsiyyət vəsiqəsi ilə səs verəcək??? Düşünürəm ki, yaxın vaxtlarda bu məsələyə dövlət qurumları əncam çəkər. Düşünürəm ki, dövlət qurumları olkədə narazı təbəqlər istəmir və seckilərə qədər həllini tapar bu məsələ…
Misal üçün Bakı şəhər Səbail rayonunda bu cür hallar çoxdur…
Araşdırılmalı və həll olunmalıdır…
Bizi Seçdiyiniz üçün təşəkkür edirik