Bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmiş Zərifə xanım Əliyeva da belə seçilmiş insanlardan olub. O, günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu idi. Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin – “peşə oftalmologiyası”nın əsasını qoymuşdu. Oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi Zərifə xanım Əliyevanın adı ilə bağlıdır.
Allah rəhmət eləsin!
Zərifə xanım Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvanın əsilzadə mühitində sayılıb seçilən bir ailədə – Əziz Məmmədkərim oğlunun ailəsində dünyaya göz açmışdır.
Akademik Zərifə xanım Əliyevanın babası Məmmədkərim Qurbanəli oğlu İrəvan yaxınlığındakı Hamamlı kəndində böyük mal- mülk sahibi, ulu babası İbrahim bəy Süleymanbəyov İrəvanın məşhur əsilzadələrindən biri olmuşdur. (Heyif ki, o gözəl yurdlar 1918-ci ildə erməni-daşnak başkəsənləri tərəfindən qəsb olundu, dağıdıldı, o torpaqların özü qədər gözəl olan sakinləri dədə-baba yurdlarından didərgin düşdülər və bir daha doğma ocaqlarına qayıda bilmədilər.)
Ata-baba ocağından ayrı düşən Əziz Məmmədkərim oğlunun ailəsi Naxçıvanın Şahtaxtı kəndinə pənah aparsa da, erməni terroru burada da onları təqib edir və ailə Cənubi Azərbaycanın Ərəblər kəndinə sığınmaq məcburiyyətində qalır 1920-ci ildə Naxçıvanda Sovet hökuməti qurulandan sonra yenidən Şahtaxtına qayıdan ailədə 1923-cü ilin 28 aprelində dünyaya gələn qızın adını Zərifə qoyurlar. Elə həmin ilin yayında Əziz Əliyevin ailəsi Bakıya köçür və sonrakı taleyini bu böyük şəhərlə bağlayır. Allah rəhmət eləsin.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik